CƏMİYYƏT
DSMF-nin sədri şəhid ailəsi ilə görüşüb
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov şəhid Elvin Sabir oğlu Salahovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, H.Məmişov bildirib ki, tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçən qəhrəman Vətən övladlarının, o cümlədən Elvin Salahovun xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq .
Fondun sədri şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi ilə əlaqədar görülən işlərdən danışaraq bildirib ki, şəhid Elvin Salahovun ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub və qarşıdakı dövrdə də həmin tədbirlər davam edəcək.
Qeyd edək ki, müharibədə şərəfli döyüş yolu keçən, Qubadlı rayonunun azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elvin Salahov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.