CƏMİYYƏT


DST ekspertləri ekoloji təmiz nəqliyyatın inkişafına sərmayə qoymağa çağırırlar

Bakı, 11 dekabr, AZƏRTAC

“Yaşıl” nəqliyyata investisiya yeni iş yerləri yaradılmasına kömək edir. Məsələn, Kopenhagendə sakinlərin əksəriyyəti velosipeddən istifadə edir. Əgər bəzi şəhərlərin sakinləri bundan nümunə götürsələr, dünyada 76,6 minə qədər yeni iş yeri yaranar. AZƏRTAC BMT xəbərlər mərkəzinə istinadla bildirir ki, Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri buna əmindirlər.

Nəqliyyat müasir həyatın ayrılmaz tərkib hissəsidir. Məsələn, Avropa İttifaqında ÜDM-in 10 faizdən çoxu nəqliyyat sənayesi hesabına təmin edilir. Eyni zamanda, havanın çirklənməsi, oturaq həyat tərzi və səs-küy əhalinin sağlamlığına ciddi ziyan vurur, yollardakı nəqliyyat tıxacları isə vaxt və vəsait itkisinə səbəb olur. DST-də hesab edirlər ki, bu və digər problemləri ictimai nəqliyyatın təkmilləşdirilməsi, həmçinin velosipedlər və piyada gəzintilər vasitəsilə həll etmək olar.

DST ekspertləri tərəfindən aparılmış hesablamalara görə, əgər Moskva sakinləri velosipedlərdən Kopenhagen vətəndaşları kimi fəal istifadə etməyə başlasalar, Rusiya paytaxtında 12 min əlavə iş yeri yaranar, Londonda isə eyni tədbir 8 min yeni iş yeri yaranmasını təmin edər.

Postsovet məkanındakı ölkələrin paytaxtlarında gediş-gəliş üçün velosipedlərdən istifadə edilməsi təqribən 3 faiz təşkil edir. DST-də bu göstəriciləri artırmağa çağırırlar.

Lakin söhbət təkcə məşğulluqdan getmir. Əgər iri şəhərlərin sakinləri Kopenhagendən nümunə götürsələr, bu, hər il təqribən 9.600 vaxtsız ölümün qarşısını almağa kömək edər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.