CƏMİYYƏT


DST-nin hesabatında yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin yetərincə səmərəli olmadığı vurğulanıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) yeni hesabatında qeyd olunur ki, son vaxtlar yol-nəqliyyat qəzalarının sayı artıb və bu hadisələrin qurbanlarının sayı ildə 1,35 milyon nəfərə çatıb. Bundan başqa, yol-nəqliyyat qəzaları 5-29 yaşlar arasında uşaq və gənclərin əsas ölüm səbəblərindən birinə çevrilib.

AZƏRTAC DST-nin informasiya portalına istinadla xəbər verir ki, yüksək gəlir səviyyəsi olan ölkələrdə görülən tədbirlər nəticəsində bu cür ölüm hallarının sayında azalma müşahidə olunur. Bu, həmin ölkələrdə nəqliyyat vasitələrini yüksək sürətlə və sərxoş vəziyyətdə idarə edilməsi, təhlükəsizlik kəməri və motosiklet dəbilqəsindən istifadə olunmaması kimi mənfi hallara nəzarətin gücləndirilməsi ilə bağlıdır. Eyni zamanda, avtomobillərin yüksək texniki göstəricilərə malik olması və təcili səhiyyə xidmətinin yuxarı səviyyəsi də yol-nəqliyyat qəzalarında ölüm hallarının azalmasına səbəb olur.

Əhalisi yoxsul olan ölkələrdə isə bu cürə qəzalarda həlak olanların sayı üç dəfə çoxdur. Hesabatda göstərilir ki, yol-nəqliyyat qəzaları nəticəsində ən çox ölüm halları Afrikada (100 min nəfərə 26,6 hadisə), ən aşağı göstəricilər isə Avropada (100 min nəfərə 9,3 hadisə) qeydə alınıb. Digər tərəfdən, Amerika və Okeaniya ölkələrində də nisbi azalma müşahidə olunub.

Hesabatda qəzaların və ölüm hallarının azalmasında avtomobil yollarının keyfiyyəti də mühüm amil kimi göstərilib. Qeyd olunub ki, yol-nəqliyyat qəzalarında ölənlərin 26 faizi piyadalar və velosipedçilərdir. Motosiklet sürücüləri isə həlak olanların 28 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.