CƏMİYYƏT
DSX: 1960 kiloqram xaş-xaş kolu yandırılaraq məhv edilib
Bakı, 23 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkarlanıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Lerik rayonunun Orand və Hildərə kəndlərinin sərhəd xəttinə yaxın ərazilərində aqrotexniki qulluq edilməmiş 78 min 560 ədəd, ümumi çəkisi 1960 kiloqram olan xaş-xaş kolunun yabanı halda bitməsi müəyyənləşib.
Xaş-xaş kolları yerli icra nümayəndəliyinin, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılıb, yandırılaraq məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]