CƏMİYYƏT


DSX: Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən Şri-Lanka vətəndaşları saxlanılıb

Bakı, 21 fevral, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində beş nəfər Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, fevralın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Roniksan, 1992-ci il təvəllüdlü Navaratnam Kacamuqan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mohanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 2018-ci il dekabrın 16-da rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri aparılır.

DSX dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.