CƏMİYYƏT


DSX: Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Bakı, 19 iyul, AZƏRTAC 

İyulun 15-də saat 11:55 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha-48” tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb. Saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkarlanıb. Heyət üzvləri saat 12:35 radələrində xilas edilərək sahilə çıxarılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.