CƏMİYYƏT


DSX: Gəncə hadisələrinin fəal iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarılan şəxs saxlanılıb

Bakı, 6 avqust, AZƏRTAC

Gəncə hadisələrinin fəal iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu avqustun 1-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb. O, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər.

DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət daşıyır. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.