CƏMİYYƏT


DSX: İrandan Azərbaycana keçən sərhəd pozucusunun üzərində xeyli miqdarda narkotik vasitə aşkarlanıb

Bakı, 9 oktyabr, AZƏRTAC 

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini qətiyyətlə davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-də Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Göstərilən tarixdə saat 00:56 radələrində DSX-nin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçən İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin, 710 qram tiryək, 200 ədəd “tereqabalin” psixotrop maddəsi və 15 qutu “metrotan” həbləri aşkarlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azərbaycan vətəndaşları - Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firudin oğlu, 1982-ci il təvəllüdlü Vəliyeva Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi, Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məmmədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb olunublar.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.