CƏMİYYƏT


DSX: İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 6-da saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Cafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib. Onun ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduğunu etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.