CƏMİYYƏT


DSX: İrandan Azərbaycana narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 22-də saat 19:45 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb. Digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib.

Əraziyə baxış zamanı 2 bağlamanın içərisində təxmini çəkisi 29 kiloqram 925 qram olan narkotik vasitə və psixotrop həblər (16,200 kiloqram marixuana, 7444 qram heroin, 3545 qram metamfetamin, 440 qram tiryək və 1680 ədəd metadon-40 həbi) aşkarlanaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

DSX dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.