CƏMİYYƏT


DSX: İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıblar

Bakı, 6 noyabr, AZƏRTAC 

Noyabrın 4-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində İrandan Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkarlanıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin üzmə vasitəsi qısa müddətdə ərazidə dayandıqdan sonra İran sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarətə götürülüb. Noyabrın 5-də saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonunun Şahağacı kəndi sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıblar. Qayığın dayandığı koordinatlarda suya keçirilmiş baxış zamanı üç bağlamada ümumi çəkisi 2 kiloqram 420 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.