CƏMİYYƏT


DSX: İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 16 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Bakı, 17 aprel, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıblar.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kiloqram 815 qram olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecəgörmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.