CƏMİYYƏT


DSX: Qazax və Ağstafa sakinləri sərhəd naryadı tərəfindən saxlanılıb VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən üç naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayonunun sakini 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonunun Poylu qəsəbə sakinləri 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyənləşdirilib.

DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.

Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri maarifləndirmə və təbliğat işləri aparılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.