CƏMİYYƏT


DSX-nin Sahil Mühafizəsində ”Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda seminar keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq, iyunun 21-də DSX-nin Sahil Mühafizəsində ”Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda növbəti seminar keçirilib.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrini dövlət siyasətində uğurlu inkişaf etdirildiyini, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu xüsusi olaraq qeyd edilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.

Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.