CƏMİYYƏT


DSX-nin Sərhəd Qoşunlarının əməkdaşları 9 kiloqramdan çox narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısını alıblar

Bakı, 11 may, AZƏRTAC

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 6-da saat 17:50 radələrində Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sahibsiz halda 1 ədəd göy rəngli çantanın içərisində təxmini çəkisi 2 kiloqram narkotik vasitə marixuanaya bənzər maddələr, 1 ədəd dərman vasitəsi “Guaifenesin” və 1 ədəd 200 millilitrlik plastik qabda naməlum tərkibli maye aşkarlanaraq götürülüb.

Mayın 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq naməlum ayaq izləri aşkarlanıb. Həyata keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı avtomagistral yolunda içərisində iki nəfər şübhəli şəxsin olduğu “Ravon Nexia R-3” markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini 1994-cü il təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən bir ədəd bağlamanın içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə marixuanaya bənzər maddə və 2990 ədəd “Metadon-40” psixotrop həbi aşkarlanıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.