ELM VƏ TƏHSİL


DSX-nin Xüsusi Məktəbinə qəbul olunmaq üçün qeydiyyatdan keçənlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Bakı, 7 mart, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və ya IX sinfinə qəbul imtahanları martın 14-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş şagirdlər və onların valideynləri “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in internet saytından çap edə bilərlər. Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.