CƏMİYYƏT


DSX-nin rəis müavini: İşğaldan azad edilmiş ərazilərdə son bir ildə 19 yeni hərbi hissə kompleksi fəaliyyətə başlayıb VİDEO

Bakı, 16 avqust, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə son bir ildə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib.

Xidmət rəisinin müavini qeyd edib ki, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, eləcə də "Füzuli" Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil olunub. 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1530 ədəd piyada əleyhinə, 1762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 kilometr məsafədə yeni yollar çəkilib, 223,7 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.