CƏMİYYƏT


DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib

Bakı, 18 iyul, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində iyunun 21-də dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları alan baş çavuş Kurupov Ramazan Məmməd oğlu təcili əməliyyat olunaraq həyatı xilas edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddətdə bərpa edilib. Hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb olunması planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.

Xidmət rəisi, general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupov ilə görüşüb və ona 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalını təqdim edib.

Görüşdə general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.