İDMAN


DTM-nin mövsümqabağı sınaq testlərinin keçiriləcəyi tarix məlum olub

Bakı, 2 iyun, AZƏRTAC

Almaniyanın DTM kuzov seriyası trasa qayıdacaq.

AZƏRTAC xəbər verir ki, iyunun 8-dən 11-dək Nürburgringdə mövsümqabağı test yürüşü keçiriləcək.

Qeyd edək ki, sınaq yarışının keçirilməsi əvvəlcə mart ayına planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Sınaq yarışları ciddi epidemioloji təhlükəsizlik tədbirləri altında aparılacaq.

Yaxın vaxtlarda DTM təşkilatçıları 2020-ci il mövsümünün yenilənmiş təqvimini təqdim edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.