İDMAN


DTX-nın Velosiped İdman Klubunun rəhbəri: Bu veloyürüş həmrəyliyimizi nümayiş etdirir VİDEO

Bakı, 30 dekabr, AZƏRTAC

Bu gün bayram əhval-ruhiyyəsindəyik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Azneft” meydanından start götürən və Heydər Əliyev Mərkəzinədək davam edən “Gücümüz həmrəyliyimizdir” devizi altında keçirilən veloyürüş uğurla yekunlaşdı. Bu yürüşü keçirməklə biz hər zaman həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov söyləyib.

Hər kəsi velosiped idmanı ilə məşğul olmağa çağıran velosiped idmanı üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov deyib: “Yürüşdə DTX-nın Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər və Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri iştirak edirlər. Biz mütəmadi olaraq belə tədbirlərdə iştirak edirik. Ümidvarıq ki, belə tədbirlərin keçirilməsi ənənəvi hal alacaq. Çünki idman sağlamlıq deməkdir. İstəyirik ki, hər kəs daha da sağlam həyat sürsün. Düşünürəm ki, bu yürüşə nə qədər çox velosipedçi qoşulsa, gələcəkdə bu idman növü ölkəmizdə daha da inkişaf edər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.