DÜNYA
DÜNƏN KİNOULDUZ, BU GÜN QATİL
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Pakistanda kinoseriallarda onlarca rol oynayan aktyor Malik Əsəd milyonların pərəstiş etdiyi kinoulduzdan qatilə çevrilmişdir. Onun tapançadan açdığı atəşlə bir sərnişin ölmüş, iki nəfər ağır yaralanmışdır.
Aktyor dinc insanlara atəş açmaq niyyətində olmamışdır, sadəcə, onun avtomobilini yüngülcə əzən yük maşınını nişan almış, amma güllə oradan keçən sərnişin avtobusuna dəymişdir.
Polis kinoaktyoru həbs etmişdir. Yaxın vaxtlarda ona qətl, insanların sağlamlığına zərər vurmaq və qanunsuz silah gəzdirmək barədə ittiham irəli sürüləcəkdir.
Yerli jurnalistlər isə aktyoru ələ salaraq, istehza ilə yazırlar ki, çoxseriyalı filmlərdə quldurları elə ilk atəşlə gözündən vuran aktyor real həyatda dağ boyda yük maşınına sərrast atəş aça bilməmişdir. O ki qaldı Əsədin pərəstişkarlarına, onlar sevimli aktyora hər vasitə ilə haqq qazandırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]