DÜNYADA ƏN İRİ “CANLI” BAYRAQ
AzerTAg.az
Bu günlərdə Əbu-Dəbi şəhərinin dənizkənarı parkında dünyada ən iri bayrağı - Birləşmiş Ərəb Əmirliklərinin milli bayrağını görmək olardı.
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bayrağı onun qırmızı, ağ, qara və yaşıl rənginə uyğun idman kostyumları geyinmiş müxtəlif millətlərdən olan 5 mindən çox məktəbli və tələbə düzəltmişdi. 600 kvadratmetr sahəni tutan “canlı” bayraqla yanaşı, təxminən 17 min rəngbərəng şardan hazırlanmış bayraq göyə buraxılmışdı.
Əbu-Dəbinin hər yerində könüllüləri bu tədbirdə iştirak etməyə çağıran plakatlar asılmışdı.
Birləşmiş Əmirliklər hökuməti bu tədbiri milli rəmzə hörmət və ölkənin çoxmillətli icmalarının nümayəndələri arasında həmrəylik kimi qiymətləndirir.
Xəbərin mətnində orfoqrafik səhv var