SİYASƏT
DÜNYADA MİLYONLARLA ADAM İRAQA QARŞI MÜHARİBƏYƏ ETİRAZ EDİR
“Vaşinqton post” qəzetinin verdiyi xəbərə görə, ötən şənbə günü dünyanın, o cümlədən Avropanın müxtəlif şəhərlərində milyonlarla adam İraqa qarşı müharibəyə etiraz nümayişinə çıxmışdır.
Ən böyük kütləvi nümayişlər London, Roma, Berlin və Parisdə olmuşdur. Rusiya, Ukrayna, Bosniya, İrlandiya, Niderland, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Yaponiya, Hindistan, Banqladeş, Macarıstan, Cənubi Koreya, Avstraliya, Malayziya, Tayland və başqa ölkələrdə də belə aksiyalar keçirilmişdir. Etiraz nümayişlərinin əksəriyyəti, əsasən, dünya internet şəbəkəsi vasitəsilə sülhsevər qruplar tərəfindən təşkil edilmişdir.