İDMAN


DÜNYANIN ƏN GÜCLÜ GÜLƏŞÇİLƏRİ BAKIYA GƏLMİŞLƏR

Aprelin 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst güləş üzrə Dünya kuboku yarışları başlanacaqdır.

Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışın bütün iştirakçıları artıq Bakıya gəlmişlər. Xatırladaq ki, yarışlarda Avropanı Rusiya, Cənubi Amerikanı Kuba, Şimali Amerikanı Kanada, Asiyanı İran, Afrikanı CAR təmsil edəcəkdir. Tərkibində dünya, Avropa və olimpiya çempionları olan bu komandalar Azərbaycan yığması ilə birgə dünyanın ən güclü güləşçilərini müəyyənləşdirəcəkdir.

Beynəlxalq və Avropa güləş federasiyaları rəhbərliyinin, Türkiyə, Özbəkistan, Macarıstan, Belarus, Rusiya güləş federasiyaları prezidentlərinin də Bakıya gələcəyi gözlənilir. Yarışların televiziya ilə 56 ölkəyə yayımlanması nəzərdə tutulmuşdur.

Nazirlikdə onu da bildirmişlər ki, İdman-Konsert Kompleksi yarışlara hazırdır, sponsorların ayıracağı 120 min ABŞ dolları məbləğində mükafat fondu müəyyənləşdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.