DÜNYANIN ƏN QÜDRƏTLİ 100 QADINI

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, planetin ən qüdrətli 100 qadınının “Forbs” beynəlxalq maliyyə jurnalı (ABŞ) tərəfindən ilk dəfə tutulmuş siyahısına ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kondoliza Rays və “Çinin dəmir xanımı” – ÇXR Dövlət Şurası Baş nazirinin müavini U İ başçılıq etmişlər.

İlk onluqda Asiyanın dörd nümayəndəsi var. “Çinin dəmir xanımı”ndan sonra 3-cü yeri Hindistan Milli Konqresinin (İ) lideri Sonya Qandi, 8-ci və 9-cu yerləri İndoneziya Prezidenti Meqavati Sukarnoputri və Filippin Prezidenti Qloriya Makapaqal Arroyo tuturlar. Amerikalı qadınlar say-seçmələrin bu siyahısında daha çox – 55 nəfərlə təmsil olunmuşlar. Onların arasında ölkənin birinci xanımı Laura Buş və senator Hillari Klinton da var.

Jurnalın nömrəsinin avqustun 20-də Sinqapurda keçirilən təqdimat mərasimində dünya siyasəti və iqtisadiyyatında qadınların rolunun getdikcə artması xüsusi qeyd olunmuşdur.

Planetimizin ən qüdrətli qadınları 300 namizəd sırasından seçilmişdir. Bu zaman onların nə kimi maliyyə vəsaitlərinə bilavasitə və dolayısı ilə nəzarət etdikləri, mətbuatın onların haqqında nə qədər tez-tez yazdığı nəzərə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.