İDMAN


DÜNYANIN ƏN YAXŞI GİMNASTLARININ YENİ REYTİNQ VƏRƏQƏSİ AÇIQLANMIŞDIR

Beynəlxalq Gimnastika Federasiyası (FIG) ən yaxşı gimnastların xüsusi olimpiada qabağı reytinq-vərəqəsini dərc etmişdir. Afina Olimpiadası ərəfəsində dünya səviyyəli gimnast qızların sayı 32-yə çatmışdır.

Milli Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan gimnastı Dinara Gimatova 48.60 xalla 12-ci yerdədir.”Neftçi” idman-sağlamlıq cəmiyyətinin nümayəndəsi ispaniyalı Almudena Siddən, belarus Svetlana Rudalovadan, rusiyalı Olqa Kapranovadan və yunanıstanlı Eleni Andrioludan irəlidədir.

İndi D.Gimatova Olimpiya oyunlarına hazırlaşmaq üçün Serbiya və Çernoqoriyada təlim-məşq toplantısındadır. Həmin toplantıda olan Anna Qurbanova 31-ci yeri tutmuşdur. İndi o, iyul ayının sonunda Varnada (Bolqarıstan) keçiriləcək Dünya kubokunun mərhələ yarışına hazırlaşır.

Reytinqə, əvvəlki kimi, rusiyalı Alina Kabayeva başçılıq edir - 359.50 xal. İkinci yeri 197.00 xalla Anna Bessonova (Ukrayna) tutur. İrina Çaşşina (Rusiya) 177.00 xalla üçüncü yerdədir.

Mütəxəssislərin proqnozlarına görə, Afina Olimpiadasında medallar uğrunda əsas mübarizə məhz bu üç gimnast arasında gedəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.