RƏSMİ XRONİKA


DÜNYANIN ENERJİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ SESSİYADA

Yanvarın 30-da səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Davos forumunun sessiyasına yola düşərkən Röyter agentliyinin müxbirinə qısa müsahibə verdi.

Sessiya dünyanın enerji problemlərinə həsr olunmuşdu. Azərbaycan Prezidenti Heydər Əliyev rəyasət heyətində əyləşdi, sessiyada çıxış etdi. Onun çıxışı böyük diqqətlə dinlənildi və maraqla qarşılandı.

Sessiyadan dərhal sonra təyyarəçi-kosmonavt Aleksandr Serebrov Heydər Əliyevə yaxınlaşaraq onu hərarətlə salamladı, Prezidentin çıxışını diqqətlə dinlədiyini söylədi və dedi: Hörmətli Prezident, mən kosmosa Azərbaycan neftindən hazırlanan yanacaqla uçmuşam və bu neftin necə yüksək keyfiyyətli olduğunu yaxşı bilirəm. Salonda aydın hissi etdim ki, Sizin çıxışınız sessiya iştirakçılarını hamısı tərəfindən rəğbətlə qarşılandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin