ELM VƏ TƏHSİL
“DÜNYA ƏDƏBİYYATI” DƏRGİSİNİN İLK SAYI NƏŞR OLUNMUŞDUR
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dərgidə Almaniya, ABŞ, Argentina, İtaliya, İngiltərə, Fransa, Rusiya, Türkiyə, Yaponiya və digər ölkə ədəbiyyatlarının ən görkəmli nümayəndələrinin seçilmiş əsərləri cəmlənmişdir.
Geniş oxucu kütləsi ücün nəzərdə tutulan dərginin baş redaktoru Səlim Babullaoğlu, redaktorları İlqar Fəhmi və Nəriman Əbdülrəhmanlıdır. Yeni dərgidə dünya ədəbiyyatının müxtəlif dövrləri, ədəbi cərəyanları, janrları haqqında maraqlı məlumatlar əldə etməklə yanaşı, Azərbaycanın tanınmış qələm sahiblərinin tərcümələri, ədəbi-tənqidi məqalələrlə də tanış olmaq mümkündür.
Birlikdən verilən məlumata görə, ilin sonunadək daha iki sayı buraxılacaq “Dünya ədəbiyyatı” dərgisinin gələcəkdə dövlət büdcəsi hesabına ildə 4 dəfə buraxılması nəzərdə tutulmuşdur.