İDMAN
DÜNYA ANTİDOPİNQ AGENTLİYİ YENİ DOPİNQ-TESTLƏR HAZIRLAMIŞDIR
Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi adından Oyunlarda rəsmi olaraq dopinq-testlər keçirəcək DAA yeni testlərin nəticələrinin etibarlılığına əmindir. Onlar daha dəqiq olacaqdır.
DAA prezidenti həmçinin demişdir ki, bəzi laboratoriyalar yeni steroidlər yaradılması üzərində işləyəcəkdir. Məsələn, idmançılar üçün qida və pəhrizlər sahəsində araşdırmalarla məşğul olan ABŞ-ın BALKo laboratoriyasında tetrahidrogestrinon steroidi hazırlanmışdır.
Olimpiada ərəfəsində dopinq qəbul etməkdə ilk idmançı ifşa olunmuşdur. Bu, Keniya yığma komandasının üzvü boksçu Devid Manyasidir. BOK prezidenti Jak Roqq Röyter agentliyinin müxbirinə müsahibəsində demişdir ki, “idmançı özünün bu əməli ilə bütün komandanı pis vəziyyətə saldı. Bəzən uğursuzluğa məruz qalan, yaxud özünə inanmayan bir adamın bəd əməli ən yaxşı niyyətlərin üstündən qələm çəkir. Manyasi təkcə öz komandasını deyil, ölkəsini də utandırdı. Onun Oyunlardan uzaqlaşdırılması haqqında qərarı BOK İcraiyyə Komitəsi yekdilliklə qəbul etdi”.