Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ
MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ

Əziz həmvətənlərimiz!

Dəyərli soydaşlarımız!

Yer kürəsinin müxtəlif guşələrində yaşayan soydaşlarımızın milli-mənəvi bütövləşmə arzusunun təcəssümü olan 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü ümummilli məqsədlərimizin gerçəkləşməsi üçün dil, əqidə və əməl birliyini möhkəmləndirməyə və inkişaf etdirməyə çağırış məqamıdır. Yüz illərin tarixi çarpışmalarının və ictimai-siyasi qovğalarının dünyanın hər yerinə səpələdiyi qardaş və bacılarımız üçün bu məqam azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları uğrunda milli həmrəyliyə nail olmağın zaman göstəricisidir.

Dünya azərbaycanlılarının ümummilli lideri möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 11 il əvvəl 31 dekabrın həmrəylik günü elan edilməsi ən yeni tariximizin möhtəşəm siyasi hadisələrindən olmaqla, bir-birindən ayrı düşmüş soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Bu günün rəsmi qəbulundan sonra ilk dəfə olaraq dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş I qurultayı xalqımızın həyatında müstəsna əhəmiyyətli tarixi hadisəyə çevrildi. Milli qayəmizin həyata keçirilməsi işinə təkan vermiş bu qurultay göstərdi ki, bütün dünya azərbaycanlılarının ümid və istinad yeri olan Azərbaycan respublikasının daha da güclənməsi və qüdrətlənməsi üçün milli həmrəyliyin möhkəmləndirilməsi soydaşlarımızın həyat amalına çevrilməkdədir.

Qurultaydan ötən bir il ərzində dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini gücləndirmək məqsədi ilə konkret addımlar atılmış, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Fərmanı ilə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə ayrıca dövlət qurumu yaradılmışdır. Bu bir daha sübut edir ki, dünya azərbaycanlılarının həmrəyliyinə və yekdilliyinə nail olmaq yönündə görülən işlər artıq dövlət siyasətinin üzvi tərkib hissəsi olmuşdur.

Azərbaycan xalqı həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Tarix boyu Şərqin bir çox qüdrətli dövlətləri xalqımızın yaradıcılıq enerjisi və zəkası üzərində qurulub inkişaf etmişdir. XX yüzillikdə Azərbaycan xalqı dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, əsrin əvvəllərində qurduğu müstəqil dövlətini qoruyub saxlaya bilməsə də, azadlıq ruhunu daim ürəyində yaşadaraq, əsrin sonlarına yaxın öz müqəddəs istəyinə yenidən qovuşmuşdur. Ən böyük nemət olan dövlət müstəqilliyini “əbədi, dönməz və sarsılmaz” etmək üçün çətinliklərə mərdliklə sinə gərmiş, ümummilli liderinin ətrafında sıx birləşərək, bədxah düşmənlərin məkrli niyyətini gözlərində qoymuş, bütün fitnə-fəsadlara baxmayaraq Azərbaycan adlı dövləti məhv olmaq təhlükəsindən qurtara bilmişdir.

Bu gün dünya dövlətləri sırasında özünə layiq yer tutan Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanda hüquqi, demokratik, dünvəyi dövlət qurulması, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi, mədəni həyatın dirçəlməsi dünyanın hər bir guşəsində yaşayan azərbaycanlıların ürəyindən xəbər verir.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğuna görə Avropanın, Amerikanın, Asiyanın, Afrikanın, Avstraliyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, gənc dövlətimizin milli mənafelərə uyğun olan müstəqil daxili və xarici siyasət yeritməsindən məmnunluq duyurlar. Onlar respublikamızın ərazi bütövlüyünün bərpa olunacağı, bir milyondan çox qaçqın və köçkünlərimizin doğma yurdlarına dönəcəyi günü səbirsizliklə gözləyirlər. Qarabağ problemi bütün millətimizin dərdi olduğuna görə bu bəlanın aradan qaldırılmasına elliklə kömək göstərməliyik. Ona görə də bu gün hansı qitədə, hansı məkanda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Vətən qarşısında övladlıq borcu müstəqil dövlətimizin siyasi, iqtisadi, sosial və mədəni inkişafı yolunda ən böyük maneə olan bu problemin həllinə öz töhfəsini verməkdən ibarətdir. Milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi, Azərbaycan Respublikasının dünyanın qabaqcıl və inkişaf etmiş ölkələri sırasında, azadlıq və firavanlıq şəraitində daim irəliləməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.

Əziz həmvətənlərimiz!

Dəyərli soydaşlarımız!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə birliyə və həmrəyliyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, səadət, doğma Azərbaycanımıza qələbə müjdələri və nurlu gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının

Milli Məclisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil