SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARI DİASPOR TƏŞKİLATLARININ FORUMU KEÇİRİLƏCƏKDİR
Aprelin 2-də Almaniyanın Maynts şəhərində dünya azərbaycanlıları diaspor təşkilatlarının forumu keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Azərbaycandan kənarda dövlət xətti ilə ilk dəfə keçiriləcək bu tədbirdə diaspor quruculuğu, təşkilatlararası əlaqələr barədə fikir mübadiləsi aparılacaqdır.
Forumda Dünya Azərbaycanlıları Konqresinin, Ukrayna Azərbaycanlıları Konqresinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Avropa, Asiya və MDB dövlətlərində fəaliyyət göstərən icma və təşkilatların, eləcə də, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri, incəsənət xadimləri, ziyalılar iştirak edəcəklər.
Xatırladaq ki, 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının birinci qurultayından sonra ilk dəfədir ki, Azərbaycan diaspor təşkilatları bir araya gəlirlər.