REGİONLAR
DÜNYA BANKININ NÜMAYƏNDƏSİ QUBA- XAÇMAZ BÖLGƏSİNƏ SƏFƏR ETMİŞDİR
Səfər çərçivəsində qonaq Quba-Xaçmaz bölgəsinə gedəcək, bu regionun fermer təsərrüfatlarında meyvəçilik, tərəvəzçilik və baytarlıq sahələrində tətbiq edilən müsabiqəli qrant layihələri ilə tanış olmuş, proqramın həyata keçirilməsi ilə bağlı fermerlərlə fikir mübadiləsi aparmış və əldə edilən nəticələrdən razı qaldığını bildirmişdir.
Cənab Srivastava taxılçılıqla yanaşı, aqrar bölmənin ayrı-ayrı sahələrində müsabiqəli qrantlar layihəsinin uğurla həyata keçirilməsində Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin əməyini xüsusi qiymətləndirmişdir. Qonaq, həmçinin Quba rayonundakı Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda aparılan tədqiqat işləri ilə maraqlanmış və institutun modernləşdirilməsi məsələlərini müzakirə etmişdir.
Cənab Srivastava səfər zamanı Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Qusarçay Bölgə Təcrübə Stansiyasında da olmuş, əməkdaşlarla elmi-təcrübi işlər barədə fikir mübadiləsi aparmışdır.