DÜNYA BANKI LAYİHƏYƏ 2 MİLYON 157 MİN DOLLAR AYIRACAQ
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də respublika Müəllimlər İnstitutunda “Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar Proqramı” çərçivəsində həyata keçirilən “Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı” layihəsi üzrə öncül inkişaf məsələlərinə dair seminar keçirilmişdir.
İnstitutun rektoru, siyasi elmlər doktoru Aqiyə Naxçıvanlı layihənin əhəmiyyətindən danışmış, onun bu ali təhsil müəssisəsinin profilinə uyğun olduğunu, pedaqoji ixtisasartırma sahəsində təkmilləşdirmə aparmaq üçün bu proqramın gerçəkləşdirilməsinin zəruriliyini bildirmişdir.
Tədbirdə layihə üzrə görülən işlər barədə geniş məlumat verilmiş, tədbirlər planı müəyyənləşdirilmişdir.
Xatırladaq ki, layihəni maliyyələşdirən Dünya Bankı görüləcək işlərə 2 milyon 157 min ABŞ dolları məbləğində vəsait ayırmaq niyyətindədir.
Xəbərin mətnində orfoqrafik səhv var