DÜNYA


DÜNYA BANKI QUŞ QRİPİ İLƏ MÜBARİZƏ ÜÇÜN TACİKİSTANA 5 MİLYON DOLLAR AYIRMIŞDIR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Dünya Bankı quş qripi ilə mübarizə üzrə milli proqramın icrası üçün Tacikistana 5 milyon dollar ayırmışdır. Bunu respublikanın baş sanitar həkimi, səhiyyə nazirinin müavini Ziyeviddin Afqonov bildirmişdir.

O demişdir ki, səhiyyə və kənd təsərrüfatı nazirliklərinin beynəlxalq təşkilatların köməyi ilə hazırladıqları proqram Tacikistan-Əfqanıstan sərhədinin ticarət yerlərində, dövlət və özəl quşçuluq fermalarında, habelə vəhşi quşların kütləvi toplaşdıqları yerlərdə kompleks profilaktika tədbirlərini nəzərdə tutur.

Kəndlilərin saxladıqları ev quşları xüsusi nəzarətə götürüləcəkdir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, respublikadakı ev quşlarının ümumi sayının üçdə ikisi kəndli təsərrüfatlarının payına düşür.

Xatırladaq ki, Tacikistanda quş qripi faktı qeydə alınmamışdır, lakin belə bir qorxu var, çünki payızda köçəri quşların Tacikistan ərazisindən isti ölkələrə kütləvi miqrasiyası başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.