İDMAN
DÜNYA ÇEMPİONATINDA İLK BÖYÜK HESABLI QƏLƏBƏNİ İSPANİYA MİLLİSİ QAZANDI
AZƏRTAC xəbər verir ki, iyunun 14-də dünya futbol çempionatının sonuncu H qrupunun oyunları başlanmışdır. İlk oyun İspaniya və Ukrayna komandaları arasında olmuşdur. Görüşün birinci hissəsinin 13-cü dəqiqəsində ispaniyalı Xabi Alonso hesabı açmışdır. Bundan sonra, hücumlarının kəsərini artıran ispanlar David Vilyanın 17-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qol sayəsində hesabı 2:0-a çatdırmışlar.
İkinci hissənin əvvəlində ukraynalıların qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini D. Vilya dəqiq yerinə yetirdi - 3:0. Oyunun əsas vaxtının qurtarmasına 8 dəqiqə qalmış İspaniya yığmasının çoxgedişli kombinasiyası Fernando Torresin qol vurması ilə nəticələndi.
Qeyd edək ki, bu, XVIII dünya çempionatı başlanan gündən qeydə alınan ən böyük hesabdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]