İDMAN


DÜNYA ÇEMPİONATININ TƏŞKİLATÇILARI ALMANİYA STADİONLARINI AVROPADA ƏN TƏHLÜKƏSİZ SAYIRLAR

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya çempionatının Təşkilat Komitəsinin nümayəndələri bu ölkədəki stadionları Avropada ən təhlükəsiz sayırlar. Təşkilat Komitəsinin vitse-prezidenti Volfqanq Nirsbax bunu Məhsulun Keyfiyyəti Fondunun yanvarın 11-dəki bəyanatından sonra keçirilən mətbuat konfransında bildirmişdir. O vurğulamışdır ki, Fondun Almaniyanın 12 stadionunu qeyri-təhlükəsiz qiymətləndirməsi “birtərəflidir” və iki qrupa bölünmüş ekspertlərin stadionların daxili-xarici köçürülmə yolları barədə mübahisələri ilə bağlıdır.

Nirsbaxın sözlərinə görə, Fond nümayəndələri baxdıqları stadionlarda daxili köçürülmə yollarının olmadığını çatışmazlıq saydıqları halda, idman qurğularının tikintisinə qatılmış ekspertlərin əksəriyyəti yalnız xarici köçürülmə yollarını vacib bilib, bu variantı rədd edirlər.

Dünya çempionatının baş katibi Horst Şmidt Təşkilat Komitəsinin 12 şəhərdəki rəsmi nümayəndələrinin təhlükəsizlik normalarının FİFA-nın tələblərinə uyğun gəldiyini təsdiqlədiklərini bildirmişdir. O xatırlatmışdır ki, beynəlxalq ekspertlər hələ ötən il bu barədə rəy vermişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.