İDMAN
DÜNYA ÇEMPİONU VLADİMİR KRAMNİK TEYMUR RƏCƏBOVUN OYUNUNU YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Şahmat üzrə dünya çempionu Vladimir Kramnik Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən FİDE-nin 19-cu kateqoriyalı ənənəvi superturniri başa çatandan sonra yarış iştirakçılarının peşəkarlıq səviyyəsi haqqında fikirlərini İTAR-TASS-ın müxbiri ilə bölüşmüşdür. O, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun oyununu yüksək qiymətləndirərək demişdir: “Zənnimcə, o, çox güclü olmuşdur. Çoxdandır onunla bir turnirdə oynamıram. Sonuncu dəfə, yəqin ki, ilyarım əvvəl oynamışam. Bu müddət ərzində Teymurun real inkişafının şahidi oldum. O, sadəcə, çox gözəl oynayır.
Teymur indi, yəqin ki, dünyanın ən güclü 10 şahmatçısı sırasındadır. Bu, birmənalıdır. Onun çox böyük istedadı var və görünür, şahmat üzərində olduqca səmərəli işləyir. Zənnimcə, Rəcəbov irəliləyir və çox uzağa gedə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]