ELM VƏ TƏHSİL


“DÜNYA İNTEQRASİYA PROSESİNDƏ VƏTƏNDAŞLIQ ŞÜURUNUN FORMALAŞDIRILMASI” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS

Aprelin 8-də Azərbaycan Dillər Universitetinin Heydər Əliyev muzey-lektoriyasında “Dünya inteqrasiya prosesində vətəndaşlıq şüurunun formalaşdırılması” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış pedaqoqların və alimlərin iştirak etdiyi konfransı giriş sözü ilə universitetinin prorektoru, professor Zeydulla Ağayev açaraq demişdir: Tədbir Təhsil Nazirliyi ilə birlikdə keçirilirilir. Mövzu çox aktualdır. Azərbaycan müstəqillik qazanandan sonra onun dünya məkanına inteqrasiyası prosesi gedir. İndi müstəqil dövlətimiz dünya birliyinin tamhüquqlu üzvüdür, böyük ölkələr onunla hesablaşırlar. Bu prosesə elmimiz, nəzəri fikrimiz də öz töhfəsini verməlidir. Ona görə də hər birimizdən vətəndaş fəallığı, aydın mövqe tələb olunur.

Təhsil nazirinin müavini Elmar Qasımov isə Azərbaycanın dünya birliyinə inteqrasiyasında xallqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır.

Əməkdar elm xadimi, professor Nurəddin Kazımov “Müasir inteqrasiya şəraitində vətəndaşlıq şüurunun mahiyyəti və onun formalaşdırılması”, professor Fikrət Seyidov “Soykökümüz və vətəndaş tərbiyəsi məsələləri” mövzularında məruzələrlə çıxış etmişlər.

Konfransda milli-mənəvi dəyərlərimizin qorubub saxlanılmasının, gənc nəslin inkişafında vətəndaşlıq şüurunun formalaşdırılmasının əhəmiyyətindən danışılmışlar.

Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.