İDMAN


DÜNYA KUBOKU UĞRUNDA YARIŞDA İKİ İDMANÇIMIZ İŞTİRAK EDİR

Sidney Olimpiadasının çempionu, stend atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionatlarının qalibi Zemfira Meftahəddinova Avstraliyanın Pert şəhərində keçirilən dünya kuboku uğrunda yarışların birinci mərhələsində iştirak edir. 

Gənclər, İdman və Turizim Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarışların digər iştirakçısı Emin Cəfərov uğurla çıxış edərsə, 28-ci Olimpiya oyunlarına lisenziya ala bilər.

Yarışlar martın 16-da başa çatacaqdır.

Xatırladaq ki, Zemfira Meftahəddinova ölkəmiz üçün 2004-cü il Olimpiya oyunlarına ilk lisenziyanı hələ ötən il qazanmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.