İDMAN


“DÜNYA MARAFONU-2004” VELOYÜRÜŞÜNÜN MARŞRUTU AZƏRBAYCANDAN KEÇƏCƏK

Qazaxıstan velosipedçisi Tuqulbek Kasımovun “Dünya marafonu-2004” veloyürüşünün marşrutu Bakıdan keçəcək.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, ”Nevada-Semipalatinsk” Beynəlxalq Nüvə Əleyhinə Hərəkatın təşəbbüsü ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin anadan olmasının 64, Qazaxıstan Respublikasının müstəqilliyinin 13 və Beynəlxalq Nüvə Əleyhinə Hərəkatın 15 illiyi şərəfinə “Dünya marafonu-2004” veloyürüşü keçirilir. Bu velosiped yürüşünü Qazaxıstan Respublikasının əməkdar veloidman ustası, riyaziyyat müəllimi, Şərqi Qazaxıstan vilayətinin sakini Tuqulbek Kasımov yerinə yetirir. Velosipedçinin Qazaxıstandan yürüşü iyulun 2-də başlanmışdır. İdmançı Qazaxıstan-Azərbaycan-İran-Pakistan-Hindistan-Qazaxıstan marşrutu üzrə hələlik 8000 kilometrə yaxın məsafəni qət etməlidir. Velosipedçinin Azərbaycan ərazisindən yolu Bakı-Salyan-Biləsuvar- Cəlilabad-Lənkəran-Astara yaşayış məntəqələrindən keçəcəkdir. Bərə və quru yolları olmadığına görə, velosiped ustasının Bakıya Aktau-Bakı aviareysi ilə gələcəyi və buradan yürüşə davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.