İQTİSADİYYAT


DÜNYA ÜZRƏ BİRBAŞA SƏRMAYƏLƏRİN AXINI AZALSA DA, AZƏRBAYCANA AXIN ARTMAQDA DAVAM EDİR

BMT-nin Bakı ofisindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (YUNKTAD) 2003-cü il üçün birbaşa xarici sərmayələrin dünya üzrə investisiyalar axınına dair icmal dərc etmişdir. YUNKTAD-ın Baş katibi Rubens Rikuperi bildirmişdir ki, 2002-ci ildəki tənəzzül dövründən sonra dünyanın müxtəlif ölkələrinə birbaşa xarici sərmayələrin axını sabitləşməkdədir. Lakin hələ də azalmaqda olan sərmayə qoyuluşu həcminin yalnız 2004-cü ildə qismən artacağı gözlənilir. Əvvəlki illə müqayisədə bu göstəricilər 195 ölkədən 108-də azalmışdır.

Bir sıra ölkələrdə sərmayə axını 2001-ci ilə nisbətən köklü surətdə artmışdır. Bu ölkələr sırasında aparıcı yeri Azərbaycan tutur. Belə ki, 2002-ci ildə ölkəmizin iqtisadiyyatına qoyulan birbaşa xarici sərmayələrin həcmi 2001-ci ilə nisbətən 943 milyon dollar təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.