İQTİSADİYYAT


DVX: Sosial sığorta haqları vaxtında və tam həcmdə ödənilməlidir

DVX: Sosial sığorta haqları vaxtında və tam həcmdə ödənilməlidir

Bakı, 10 mart, AZƏRTAC

“Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, fərdi sahibkarlar tərəfindən məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi tələb olunur.

Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq, fərdi sahibkarlar öz işçilərinə münasibətdə işsizlikdən sığorta haqqını da hesablamalı və ödəməlidirlər.

Məlum olduğu kimi, son illərdə qanunvericilikdə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına və qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönəlib.

Qeyd etmək istərdik ki, vergiödəyicisinin gələcək pensiya təminatı onun ödədiyi sosial sığorta haqqından asılıdır. Sosial sığorta vəsaiti fərdi hesabda toplanılır və gələcəkdə pensiya hüququnu təmin edir. Eyni zamanda, ailə başçısının itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti və digər sosial sığorta hadisələri zamanı sığortaolunanların sığorta ödəməsi almaq hüququ yaranır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.