İQTİSADİYYAT


DVX-nin rəsmi saytında yeni “İctimai açıq məlumat bazası” yaradılıb

DVX-nin rəsmi saytında yeni “İctimai açıq məlumat bazası” yaradılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və açıq hökumətin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin rəsmi saytında “İctimai açıq məlumat bazası” adlı yeni bölmə yaradılıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, istifadəçilərin məlumatları daha rahat şəkildə əldə etməsi üçün “İctimai açıq məlumat bazası”nda biznesə başlamaq üçün ilkin qeydiyyat prosedurları, zəruri sənədlər, vergilərin hesablanması və ödənilməsi, büdcə və xəzinə hesabları və rekvizitləri, elektron xidmətlər, vergi hesabatlarının tərtib olunması və göndərilməsi qaydaları və sair kimi vacib keçidlər mövcuddur.

İstifadəçilər məlumat bazasına https://www.taxes.gov.az/az/page/ictimai-aciq-melumat-bazasi linkdən daxil ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.