REGİONLAR


DYNX-nin rəis müavini: Meşə və meşə talalarında baş verən yanğın hadisələri azalıb

Gəncə, 4 iyul, E.Məmmədov, AZƏRTAC

Ötən ilin yanvar-may aylarında meşə və meşə talalarında 20 yanğın hadisəsi qeydə alınmışdısa, bu il bu rəqəm 13 olub və 35 faiz azalma qeydə alınıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov bildirib.

“2021-ci ilin ilk 5 ayında açıq sahələrdə - əkin, meyvə bağları, ot tayaları və s. texnogen mənşəli yanğınların sayı 17, bu ilin müvafiq dövründə isə 10 fakt olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd edilən sahələrdə yanğınların sayında 41 faiz azalma müşahidə edilib”, - deyə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini əlavə edib.

Qeyd edək ki, bu gün Gəncədə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının iştirakı ilə “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda tədbir keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.