CƏMİYYƏT


DYP: Avtobus sürücüləri hava şəraiti ilə əlaqədar məlumatlandırılıb

DYP: Avtobus sürücüləri hava şəraiti ilə əlaqədar məlumatlandırılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Sərnişin daşınması ilə məşğul olan avtobus və mikroavtobusların sürücüləri Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumat verilib, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilib, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, dumanla hava şəraiti müşahidə edilən, görünmə zonası məhdud olan yollarda duman olan hissə qurtaranadək nəqliyyat vasitələri patrul avtomobillərinin müşayiəti ilə aparılıb.

Qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.