CƏMİYYƏT
DYP: Bu günədək 17 min 576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
Bakı, 3 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət-keçid postlarında aprelin 2-si saat 08:00-dan aprelin 3-ü saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 25-i rayon, 118-i paytaxt istiqamətinə olmaqla 143 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 34-ü rayon, 24-ü paytaxt istiqamətinə olmaqla 58 nəqliyyat vasitəsi geri qaytarılıb.
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 45-i rayon, 159-u paytaxt istiqamətinə olmaqla 204 nəqliyyat vasitəsinin geri qaytarılması təmin olunub.
Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 265 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 650 nəqliyyat vasitəsi geri qaytarılıb.
Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Ümumilikdə, martın 19-dan bu günədək 17576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.