CƏMİYYƏT
DYP: Postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib
Bakı, 1 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət-keçid postlarında martın 31-i saat 08:00-dan aprelin 1-i saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 34-i rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsi geri qaytarılıb.
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin olunub.
Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Martın 19-dan aprelin 1-i saat 8:00-dək 8579 nəqliyyat vasitəsinin rayon, martın 24-dən aprelin 1-i saat 08:00-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.