CƏMİYYƏT


DYP: Respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyət davam edir

Bakı, 29 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

İdarədən AZƏRTAC-a bildirilib ki, dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də Dövlət Yol Polisi qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.