CƏMİYYƏT


DYP atmosferi çirkləndirən avtomobil sürücüləri ilə bağlı maarifləndirmə tədbiri keçirib

Bakı, 11 avqust, AZƏRTAC

“Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, növbəti belə tədbir Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.

Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə izahedici söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.