CƏMİYYƏT


DYP əməkdaşları hava şəraiti ilə əlaqədar sürücülərlə görüşüb

DYP əməkdaşları hava şəraiti ilə əlaqədar sürücülərlə görüşüb

Bakı, 7 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində hava şəraiti ilə əlaqədar sürücülərlə görüş keçiriblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, avtovağzal kompleksinin rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə Baş DYP İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli, həmin şöbənin inspektoru, polis leytenantı Elvin Hacıyev və yol patrul xidməti alayının qərargahının baş inspektoru, polis baş leytenantı Hatəm Müslümov iştirak ediblər.

Görüşdə sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilib. Bununla yanaşı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də bəzi yerlərdə yol örtüyünün buz bağlaması səbəbindən mövsümi şinlərdən istifadə, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edilməsi kimi vacib məsələlərlə bağlı təbliğat-təşviqat işi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.